Hakan Çalhanoğlu: "Matçın adamı hakim idi"

"Milan" Avropa Liqası 1/8 final mərhələsinin cavab oyununda "Arsenal"a 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Newsport.az xəbər verir ki, qarşılaşmada "topçular"ın lehinə verilən penalti qonaq komanda futbolçularının etirazına səbəb olub. "Milan"ın türk futbolçusu Hakan Çalhanoğlu hakimin qərarının oyunun taleyini dıyişdiyini bildirib:

"Rikardo Rodriqes həmin epizodda rəqibə toxunmadı, ancaq hakim penalti verdi. Oyunun dəyişdiyi anın olduğu aşkardı. Matçın adamı hakim idi və bunu əsla unutmayacam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right