UEFA klub reytinqini açıqladı: “Qarabağ” neçəncidi?

UEFA Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, “köhnə qitə”nin 442 komandasının yer aldığı cədvəldə Azərbaycanın da bir neçə təmsilçisi var. Təmsilçilərimiz arasında ən yaxşı mövqeyə malik komanda “Qarabağ”dı. Ağdam təmsilçisi ötən reytinq siyahısındakı mövqeyini qoruyub. Qurban Qurbanovun yetirmələri 5 mövsümün nəticəsində 20,500 xalla 73-cü sıraya şərikdi. “Köhlən atlar” bu mövqeni BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

“Qəbələ” (5,250) Serbiya “Voyvodina”sı ilə 191-ci pilləni bölüşür.

Digər komandalarımızdan “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” isə 3,825 xalla 244-256-cı yerlərdədilər.

Siyahıya 153,000 xala malik “Real” başçılıq edir. Madrid təmsilçisini həmşəhərliləri “Atletiko” (131,000) ilə yanaşı, “Bavariya” (130,000) və “Barselona” (130,000) izləyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right