İngiltərə DÇ-2018-dən imtina edir?

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt Böyük Britaniya hökumətinin, yayda Rusiyada keçiriləcək mundialın baykot etmək qərarına öz münasibətini bildirib.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, “Əlbəttə, bu ciddi məsələdir. Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır”. 

“Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”.

Qeyd edək ki, İngiltərə hakimiyyəti yığmanın DÇ-2018-dən imtina edəcəyini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right