UEFA "Beşiktaş"la bağlı araşdırmalara başladı

UEFA-nın Nizam-İntizam Komitəsi “Beşiktaş”ı cəzalandıracaq.

Newsport.az-ın məlumatına görə, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab matçında türkiyəli azarkeşlərin turnirin reqlamentinə zidd hərəkətlər etməsi səbəb olub. Tribunalarda keçidlərin bağlanması və meydana yad əşyaların atılmasına görə klubun cərimələnəcəyi gözlənilir.

Xatırladaq ki, “Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Münhendəki ilk qarşılamada da rəqibinə 0:5 hesabıyla uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-dən kənarda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right