Barselonada qalmaqal

Çempionlar Liqasının 1/8 final mərhələsinin İspaniyada keçirilən “Barselona” – “Çelsi” oyunundan (3:0) sonra qonaq komandanın azarkeşləri ilə yerli klubun mühafizəçiləri arasında qalmaqal yaşanıb.

Newsport.az-ın “L`Equipe” nəşrinə istinadən yaydığı məlumata görə, hadisə oyundan sonra fanatlar stadionu tərk edərkən baş verib. İnsidentin böyüdüyünü görən mühafizəçilər güc tətbiq etməyə məcbur olublar və fanatları dəyənəklə vurmağa başlayıblar.

Olayın hansı səbəbdən baş verdiyi tam açıqlanmır. İlkin versiyaya görə, günah mühafizəçilərdə olub. Onların ingilis azarkeşlərə qarşı ayrı-seçkilik etdiyi və kobud davrandığı söylənilir.

“Çelsi”nin rəsmi “Twitter” səhifəsi hadisənin videogörüntülərini yayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right