İnyesta "Barselona"dan ayrılır?

"Barselona"nın kapitanı Andres İnyesta müqaviləsi haqda danışıb.

Newsport.az xəbər verir ki, 33 yaşlı futbolçunun Barsa ilə ömürlük müqaviləsi var. Lakin yarımmüdafiəçi bu müqviləni istədiyi vaxt pozmaq hüququna malikdir. Bunun üçün o, ən geci hər ilin aprelin 30-na qədər klubu xəbərdar etməlidir.

Son qərarını aprelin 30-undan sonra verəcəyini bildirən ispaniyalı futbolçu, iki variantının olduğunu bildirib: "Qərarımı klubla müzakirə edəcəyəm. Bundan sonra sizə də xəbər verəcəyəm. Bu aprelin 30-na qədər baş verməlidir.2 variant var: ya, "Barsa"da qalıram, ya da gedirəm. Bunu müqaviləni uzadarkən də bildirmişdim. O vaxtdan heç nə dəyişməyib" 

Qeyd edək ki, İnyesta "Barselona" Futbol Akademiyasının yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right