Sabiq "Xəzər Lənkaran"lı tutduğu postdan imtina etdi

Türkiyənin “Qaziantepspor” klubunda baş məşqçi istefası yaşanıb.

 

Newsport.az xəbər verir ki, bu ilin yanvar ayında komandanın sükanı arxasına gətirilən Oqtay Dərəlioğlu tutduğu postdan imtina edib. Buna səbəb isə, klub rəhbərliyi və baş məşqçi arasında yaşanan fikir ayrılığı göstərilir. Onun istefasını qəbul edən klub rəhbərliyi, yeni baş məşqçi ilə də anlaşıb. Dərəlioğlunu bu postda Fakir Demir əvəzləyəcək. 

 

Qeyd edək ki, Dərəlioğlu futbolçu karyerası dönəmində, 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right