"Qarabağ"da baş məşqçi istefası

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında baş məşqçi istefası gerçəkləşib.

 

Newsport.az xəbər verir ki, Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komandanın baş məşqçisi Volkan Kahraman istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssis qarşılıqlı razılıq əsasında Vyana təmsilçisindən ayrılıb.

 

Qeyd edək ki, “Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right