Sabiq “Xəzər Lənkəran”lı istefa verdi

Türkiyənin “Qaziantepspor” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Oqtay Dərəlioğlu xeyli müddətdi çalışdırdığı 1-ci liqa klubu ilə yollarını ayırıb. Artıq klub rəhbərliyi onun istefasını qəbul edib. Qaziantep təmsilçisi hətta yeni baş məşqçi də tapıb. Dərəlioğlunu Faik Dəmir əvəzləyib.

Xatırladaq ki, Dərəlioğlu bu ilin yanvar ayında sözügedən komandaya baş məşqçi təyin olunmuşdu. Lakin onun bir müddət öncə heyətdəki əksər təcrübəli futbolçuları komandadan uzaqlaşdırması klub rəhbərliyi ilə fikir ayrılığına səbəb olub. Belədə o, istefa vermək məcburiyyətində qalıb.

O.Dərəlioğlu futbolçu karyerası dönəmində, 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right