“Borussiya”da yeni müqavilə FOTO

Almaniyanın “Borussiya” klubu polşalı futbolçusu Lukaş Pişeklə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2020-ci ilin yayında bitəcək. Bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynamaq bacarığı ilə seçilən Pişek 2010-cu ildə “Herta”dan “Borussiya”ya transfer edilib. O, bu mövsüm Dortmund klubunda 22 oyunda meydana çıxıb.

“Borussiya” bir neçə gün öncə Marko Roysla da yeni müqavilə imzalamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right