Şeydayev "Trabzonspor"a qayıdır?

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yayda müqaviləylə məxsus olduğu “Trabzonspor”a qayıdacaq.

Newsport.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə mətbuatı yayıb. Belə ki, 21 yaşlı hücumçu mövsümün sonunda “Trabzonspor”un məşqlərinə qoşulacaq. Ramil özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, baş məşqçi Rza Çalımbay onunla bağlı yekun qərarını verəcək.

“Trabzonspor” UEFA-dan transfer cəzası aldığı üçün yayda heç bir futbolçu transfer edə bilməyəcək. Qaradəniz təmsilçisi buna görə, digər klublarda icarədə olan futbolçuları sınamağı qərara alıb.

Qeyd edək ki, mövsümün əvvəlində “Qarabağ”a icarəyə verilən Şeydayev, komandayla keçirdiyi 11 oyunda qol vura bilməyib.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right