Reyanldo klubları əlcək kimi dəyişir

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva yeni klubu “Aktobe”dən də ayrıla bilər.

 

Newsport.az xəbər verir ki, buna səbəb Qazaxıstan klubunun müflis olma həddinə gəlib çıxmasıdır. FIFA bir neçə futbolçuya borcu olan “Aktobe”nin yeni transferlərini qeydiyyatdan keçirməsinə icazə vermir. Bütün bunları nəzərə alan baş drektor Samat Smakov açıqlamasında futbolçulara və şirkətlərə borclarının olduğunu deyib: 

 

“Təxminən 10-a yaxın futbolçu klubdan FIFA-ya şikayət edib. Yeganə çıxış yolumuz yeni sponsor və kluba dəstək verəbiləcək şəxslər tapmaqdır. Əgər borcları qaytara bilməsək, “Aktobe”nin müflis olduğunu açıqlamalı olacağıq”.

 

Qeyd edək ki, 2013-17-ci illər mövsümündə "Qarabağ"ın uğurları üçün çalışan braziliyalı hücumçu, 2018-ci ilin əvvəlində Slovakiya klubu "Spartak Trnava"dan, “Aktobe”yə transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right