Yığmamızın üzvü üçün 79 dəqiqə

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 29-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Kökçü də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın 79-cu dəqiqəsində əvəzlənib. 73-cü dəqiqədə isə futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.

“Valveyk” hazırda 27 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right