Ziya Əzizov oynamadı, komandası uduzdu

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Helmond Sport”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Əzizov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Den Boş" hazırda 38 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right