Türkiyə klubu millimizin sabiq üzvü ilə yollarını ayırdı

“Manisaspor” Azərbaycan yığmasının sabiq üzvü Uğur Pamukla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə 1-ci liqa təmsilçisinin prezidenti Gökay Budak Türkiyə mətbuatına açıqlamasında məlumat verib.

Manisa klubunun rəhbəri bildirib ki, mövsümün qalan hissəsində gənc futbolçularla mübarizə aparmaq qərarına gəliblər. Bu üzdən də Uğur Pamuk və Timur Karagülməzlə müqaviləyə xitam veriblər.

Onların müqabiləsinin müddəti bu ilin 31 mayında bitəcəkdi. Lakin futbolçularla görüşən klub rəhbərliyi qarşılıqlı razılıq əsasında yolları ayırıblar. Uğur Pamuk vaxtilə “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right