Silah olayına görə Super Liqa oyunları təxirə salındı

Yunanıstan çempionatı yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, bunun səbəbi Superliqanın 25-ci turunda baş tutan PAOK - AEK qarşılaşmasında Saloniki klubunun prezidenti İvan Savvidinin tapanca ilə meydana çıxmasıdır.

Yerli mətbuatın yazdığına görə UEFA və FİFA Yunanıstan millisi və klublarına ciddi cəzalar kəsəcək.

Qeyd edək ki, AEK-lə oyunun 90-cı dəqiqəsində PAOK hesabı açsa da, matçın baş hakimi qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Üzərində tapança olan prezident hakimi ölümlə təhdid edib. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də oyun yarımçıq dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right