Pepe Reyna karyerasını “Milan”da davam etdirəcək

“Napoli”nin qolkiperi Pepe Reyna karyerasını “Milan”da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

“Sky Sport İtalia”nın müxbiri Canluka Di Marzionun bu gün sosial şəbəkədə paylaşdığı xəbərə görə, 35 yaşlı qapıçı bu gün “Milan”da tibbi müayinədən keçəcək.

Bundan sonra “rossonyerlər”in ispan qolkiperlə ilkin müqavilə bağlayacağı gözlənilir. Reynanın “Napoli” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Qolkiperin “Milan”a keçəcəyi xəbəri, bu komandanın əsas qolkiperi Canluici Donnarummanın “qırmızı-qaralar”dakı gələcək taleyini sual altında qoyub. Gənc qolkiperin mövsümün sonunda satılacağı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right