Həmyerlimizin komandası çempion oldu

Türkiyə Həvəskarlar Liqasında 20-ci turun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" səfərdə "Ercis Spor"un qonağı olub. Qarşılaşmada hesab açılmayıb - 0:0. Bu nəticəylə sona iki tur qalmış "Ağrıspor" çempionluğu təmin edib. Bununla da Nəcəfovun komandası pley-off oyunlarına vəsiqə qazanıb. "Ağrıspor" bu mərhələni də uğurla keçsə, Türkiyə III Liqasında mübarizə aparacaq.

 

Röyal Nəcəfov bu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

Ötən yay Türkiyəyə yollanan Nəcəfov qardaş ölkədə 15 qol vurub.

 

"Ağrıspor" 20 turdan sonra 49 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

 

Image may contain: 11 people, people smiling, people standing and outdoor

Image may contain: 12 people, people smiling, beard





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right