Məşhurlar Vyana “Qarabağ”ına dəstək oldular Fotolar

Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən "Karabakh"a (Vyana) dəstək olub. 

Newsport.az xəbər verir ki, şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə ilk Avropa Oyunlarının qalibi, IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi "Bakılı oğlanlar" Şən Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə, ATV kanalının "Həftə sonu" ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində "Karabakh"ın oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar.

 

Tanınmış simalar "Karabakh" Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanı Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

 

Azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan "Karabakh" 2014-cü ildə ölkənin 6-cı liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Stadt Ligada (Üçüncü Liqa) mübarizə aparır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right