"Beşiktaş" hərəkətə keçdi

Türkiyənin “Beşiktaş” klubu yeni transferlər axtarışına çıxıb.

Newsport.az xəbər verir ki, gəncləşdirmə siyasəti aparan komanda rəhbərliyi, Hollandiyanın NEK klubunda forma geyən 18 yaşlı Fərdi Kadıoğlunu və Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Ahmet Canbazı heyətinə qatmaq üçün hərəkətə keçib.

Müqaviləsi 2021-ci ildə bitəcək Fərdi üçün “ağ-qaralar”ın, 1,5 milyon avro ödəməyə hazır olduğu deyilir. 19 yaşlı Ahmet Canbazın keçidinin maliyyə məsələləri isə, açıqlanmır.

Qeyd edək ki, hər iki futbolçu ilə Hollandiyanın "Ayaks" klubu da maraqlanır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right