Prezident meydana tapanca ilə daxil oldu

Yunanıstan Super Liqasının 25-ci turu çərçivəsində qarşılaşan PAOK - AEK matçı qalmaqalla yadda qalıb.

Newsport.az xəbər verir ki, Qarşılaşmanın baş hakimi 90-cı dəqiqədə meydan sahiblərinin vurduğu qolu qeydə almadığı üçün, meydan sahiblərinin prezidenti İvan Savvidi meydana daxil olub. Onun ardıyca isə azarkeşlər stadiona daxil olublar. 

Qeyd edək ki, klub prezidentinin üzərində tapanca da olub. Bütün bunları görən baş hakim görüşü yarımçıq başa vurub. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right