Divizionda matç zamanı vertolyot stadiona məcburi eniş etdi

İngiltərə dördüncü divizionunda "Çesterfild" və "Linkoln Siti" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib.

Newsport.az-ın məlumatına görə, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb.

Matçda 30 dəqiqə fasilə yaranıb. Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər. "The Sun" nəşri yazır ki, azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right