"Seltik" derbidə "Reyncers"ə qalib gəldi

Şotlandiya çempionatının 30-cu turu Qlazqo derbisi ilə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, "Reyncers" "Seltik"i doğma divarlar arasında qəbul edib. Gərgin və maraqlı idman mübarizəsində keçən oyunda azarkeşlər 5 qol izləyiblər. Qarşılaşmaya hücumlarla başlayan “Reyncers” futbolçuları 3-cü dəqiqədə Coş Vindassın qolu ilə hesabı açıblar. 11-ci dəqiqədə tarazlıq yaranıb. Tom Roqiç status-kvonu bərpa edib. Meydan sahibləri 26-cı dəqiqədə Daniel Kandeyaşın qoluyla yenidən önə keçiblər. 45-ci dəqiqədə qonaqlar yenidən hesabı bərabərləşdiriblər. Mussa Dembele qapını dəqiq nişan alıb. İkinci hissədə isə cəmi qol qeydə alınıb. "Seltik" 69-cu dəqiqədə qələbə qolunu vurub. Odsonn Eduard hədəfdən yayınmayıb və görüşdə son nöqtəni qoyub. Bununla da qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Bu qələbədən sonra “Seltik” 67 xalla liderliyini daha da möhkəmlədib. 2-ci yerdə qərarlaşan "Reyncers" əzəli rəqibindən 9 xal geri qalır.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right