Nazarov - “sülh”ün iştirakçısı

Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Yunion Berlin”lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Nazarov qarşılaşmaya start heyətində çıxıb və sonadək meydanda olub.

26 oyundan sonra hesabında 30 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right