Fərid olmadı, Muradovun qolu “Slaviya”nı xilas etmədi

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.

Praqa təmsilçisi səfərdə “Bohemians”la qarşılaşıb. Matç həmyerlilərimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Nəbiyev bu oyunun iştirakçısı olmayıb. 90 dəqiqə şans qazanan Rövlan isə 1 qola imza atıb. 21 turdan sonra hesabında 29 xal olan “Slaviya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right