Qonzalo İquain ona qarşı edilən tənqidlərə münasibət bildirib

“Yuventus”un hücumçusu Qonzalo İquain ona qarşı edilən tənqidlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, İspaniyanın məşhur "Marça" nəşrinə müsahibə verən argentinalı forvard maraqlı açıqlamaları ilə diqqət çəkib:  "Artıq uzun müddətdir haqqımda danışılanlara görə narahat olmuram. Yersiz tənqidləri bir qulağımdan alıb, o biri qulağımdan verirəm”.

"Yuventus"da çıxış etdiyi üçün çox xoşbəxt olduğunu deyən 30 yaşlı hücumçu, insanların onun haqqında nə danışdıqlarının özü üçün maraqsız olduğunu deyib: 

“Həmişə bir prinsipim olub ki, sakitlikdə işləyim. “Yuventus”da oynayıram və burada çox xoşbəxtəm. Haqqımda danışılan digər şeylər məni narahat etmir. Artıq 12 ildir Avropadayam. Belə şeylər mənə maraqlı deyil”.

Qeyd edək ki, İquain 2016-cı ildən "Yuventus"un şərəfini qoruyur.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right