Türk futbolçunu daha bir Avropa nəhəngi almaq istəyir

Mövsümün sonunda “Liverpul”la müqavilə müddəti bitəcək Əmrə Canın xidmətində daha bir Avropa nəhəngi maraqlıdı.

Newsport.az-ın məlumatına görə, “Real” türk əsilli futbolçunu heyətində görmək istəyir.

Bu barədə Əmrənin meneceri İtaliya mətbuatına açıqlamasında məlumat verib. O, 24 yaşlı futbolçunun xidmətində “Yuventus” və “Bavariya” ilə yanaşı, “kral klubu”nun da maraqlı olduğunu bildirib.

Bir müddət öncə Almaniya millisinin üzvü ilə “Yuventus” arasında şifahi razılıq əldə olunduğu, Canın Turin təmsilçisi ilə illik 5 milyon avro olmaqla, 5 illik müqavilə bağlanması ilə bağlı razılığa gəldiyi barədə xəbər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right