İtaliya, Polşa və Portuqaliya Millətlər Liqasının finalını keçirə bilər

İtaliya, Polşa və ya Portuqaliya 2019-cu ilin iyununda Millətlər Liqasının final mərhələsinin keçirilməsinə öz maraqlarını ifadə ediblər.

Newsport.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qaydalara əsasən, Millətlər Liqasının final mərhələsi "A" liqası qruplarının qaliblərindən birinin meydanlarında keçiriləcək. İtaliya, Polşa və Portuqaliya A3 qrupuna düşüb.

Əgər hər üç ərizə tələblərə uyğun gələrsə, 2018-ci ilin dekabrında UEFA-nın İcraiyyə Komitəsi qalibi final turnirinin sahibi kimi təsdiq edəcək.

Final turniri tutumu azı 30 min olan iki stadionda keçiriləcək. Onların hər ikisinin bir şəhərdə olmasına və ya bir-birindən 150 km. məsafədə olmasına üstünlük veriləcək.

Millətlər Liqasının yarımfinalları 2019-cu ilin 5 və 6 iyun tarixlərinə, üçüncü yer uğrunda oyun və final isə iyunun 9-na planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right