Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Brayton" klubunun çalışdırıcısı Kris Hyuton bütün rəqiblərini qabaqlayıb. Komanda ötən ay onun rəhbərliyi altında çıxdığı oyunlarda 7 xal qazanıb. Doğma meydanda "Suonsi" və "Vest Hem"i məğlub edən "Brayton" "Stok Siti" səfərindən isə heç-heçə ilə dönüb.

Qeyd edək ki, "Brayton" hazırda 34 xalla 10-cu sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right