İker Kasilyas karyerasını Premyer Liqada davam etdirəcək?

“Portu”nun ispan qapıçısı İker Kasilyas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Kasilyasa “Nyukasl” maraq göstərir.

Məlumata görə, “Nyukasl”ın baş məşqçisi Rafael Benites onun komandaya dəvət edilməsinə səy göstərir.

Əslində, “Nyukasl” Kasilyası 2017-ci ilin yayında transfer etməyə cəhd göstərib. Amma sonradan klub Çexiya “Sparta”sının qapıçısı Martin Dubravkanı icarə əsasında heyətə cəlb edib.

Yayda Kasilyasın “Portu” ilə müqaviləsi başa çatır və o, azad agent kimi istənilən kluba keçə bilər. Benites məhz bu məqamdan yararlanıb, məşhur həmyerlisini sərəncamında görmək istəyir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, qapıçı ilə “Betis” də maraqlanır. “Portu” rəhbərliyi bildirib ki, məvacibi çox olduğu üçün Kasilyasa yeni müqavilə təklif olunmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right