"Barselona" Suaresin xidmətindən məhrum oldu

"Barselona" itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Denis Suares sıradan çıxıb. Sol ayaq əzələsini dartan 24 yaşlı yarımmüdafiəçinin 15-20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Suares Kataloniya Superkubokunda "Espanyol"a qarşı matçda zədələnib. Həmin görüşdə "Barselona" 4:2 qalib gələrək titula sahib olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right