Millimizin sabiq hücumçusu Latviyada klubunu dəyişdi

Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərov klubunu dəyişib.

Newsport.az-ın məlumatına görə, hücumçu Latviyanın "Olaine" klubundan ayrılıb. 

2016-cı ildən "Olaine"də çıxış edən futbolçu yenidən Latviya klubuna keçib. O, "Dauqavpils" klubu ilə münasibətlərini rəsmiləşdirib. Onunla 2 illik sözləşmə imzalanıb. 

Qeyd edək ki, Əsgərov millimizin heyətində 3 oyun keçirib. O, ölkəmizdə "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klublarda forma geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right