Millimizin rəqibi ciddi itki ilə üzləşib

Martın 23-də Finlandiya, 27-də isə Azərbaycanla yoxlama oyunu keçirəcək Makedoniya yığması ciddi itki ilə üzləşib.

 

Newsport.az xəbər verir ki, baş məşqçi İqor Angelovski komandasının əsas üzvü Ferhan Hasaninin xidmətindən məhrum olub. 

 

27 yaşlı hücumçu zədə səbəbindən həm Finlandiya, həm də yığmamızla matçı buraxa bilər. "Şkendiya"nın üzvü Makedoniya kuboku çərçivəsində "Vardar"la keçirilən görüşdə zədə alıb.  Matçın 29-cu dəqiqəsində zədə alan Hasaninin millinin toplanışından kənarda qalması ehtimal edilir.  

 

Angelovski yoxlama görüşləri üçün milliyə 19 futbolçu dəvət edib. Əgər Hasaninin zədəsi ciddi olsa, onun əvəzinə düşərgəyə yeni futbolçu cəlb olunacaq. 

 

Qeyd edək ki, martın 27-də Türkiyənin Antalya şəhərində yerləşən "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right