Emeri PSJ-dən qovulacaq? klub prezidentindən açıqlama

PSJ-nin prezidenti Nasser Əl Xələfi komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırdığı oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub başqanı komandanın baş məşqçisi Unai Emerinin gələcəyi ilə bağlı planını da açıqlayıb: 

"İlk hissədə daha üstün tərəf idik. "Real" daha təcrübəli komandadır. Məni ən çox bəzi futbolçuların meydandakı reaksiyası məyus etdi. Heç xoşbəxt deyiləm. İlk yarıda oyuna dominantlıq etdik, lakin fərqlənə bilmədik. 1 qol kifayət edəcəkdi və oyunun axarı dəyişəcəkdi. Marko Verrattinin qırmızı vərəqə alması isə hər şeyi bitirdi. Emeri qovulacaqmı? Xeyr, bu barədə düşünməyin zamanı deyil. Hamı üzgündür. Dəyişiklik barədə sakit şəkildə düşünəcəyik. Kluba etdiyimiz yatırımları isə davam etdirəcəyik. Proyektlərimizi davam etdirmək istəyirik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right