Belarusun millimizlə oyun üçün heyəti SİYAHI

Futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko Azərbaycan və Sloveniya yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb.

Newsport.az xəbər verir ki, heyətə 23 futbolçu dəvət edilib:

Qapıçılar: Andrey Qorbunov (“Dinamo” Minsk), Aleksandr Qutor, Pavel Pavlyuçenko (hər ikisi “Dinamo” Brest)

Müdafiəçilər: Aleksandr Martınoviç (“Krasnodar”, Rusiya), İqor Şitov (“Astana”, Qazaxıstan), Denis Polyakov (APOEL, Kipr), Sergey Politeviç (“Gənclərbirliyi”, Türkiyə), Mixail Sivakov (“Amkar”, Rusiya), Maksim Volodko (BATE), Oleq Veretilo (“Dinamo” Brest), Sergey Matveyçik (“Şaxtyor” Soliqorsk)

Yarımmüdafiəçilər: Sergey Kislyak (“İrtış”, Qazaxıstan), Stanislav Draqun, İqor Staseviç (hər ikisi BATE), Renan Bressan (“Şaviş”, Portuqaliya), Pavel Nexayçik, Pavel Savitski (hər ikisi “Dinamo” Brest), İvan Mayevski (“Astana”, Qazaxıstan), Yuri Kendış (“Şerif”, Moldova), Yuri Kovalyov (“Şaxtyor” Soliqorsk)

Hücumçular: Maksim Skavış (BATE), Denis Laptev (“Şaxtyor” Soliqorsk), Anton Saroka (“Dinamo” Minsk).

Qeyd edək ki, Azərbaycanla qarşılaşma martın 23-də Bakı Olimpiya Stadionunda, Sloveniya ilə görüş isə Lyublyanadakı "Stojitse" stadionunda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right