Erməni ABŞ klubundan qovulur 4 milyon dolları almaq niyyətindədi

Ermənistan millisinin və Rusiya "Spartak"ının sabiq futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt Leyk" klubundan göndərilə bilər. 

Newsport.az-ın məlumatına görə, buna 30 yaşlı hücumçunu komandada görmək istəməmələri səbəb olub.

Əsas heyətdən kənarda qalan təcrübəli forvardın hazırkı klubu ilə 2 illik müqaviləsi var. O, komandadan göndəriləcəyi təqdirdə, iki il ərzində ona veriləcək 4 milyon dolları almaq niyyətindədi. 

Movsisyan MLS klubunu tərk edəcəyi təqdirdə, azad agent statusu daşıyacaq. 30 yaşlı futbolçu ötən mövsüm "Real Solt Leyk"də 28 oyun keçirib və 7 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right