“Biz hələ “Barselona”nın səviyyəsinə çatmamışıq” Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bazel”ə qarşı keçirəcəkləri görüşdən danışıb.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis ilk görüşdəki 4:0 hesablı qələbədən sonra mərhələni böyük ölçüdə adladıqlarını, lakin diqqəti əldən verməməli olduqlarını söyləyib:

“Bu. Çempionlar Liqasıdı və hər oyun xüsusi əhəmiyyət daşıyır. Diqqəti heç bir halda əldən vermək olmaz. Futbolda hər şey mümkündür. “Arsenal”ın Avroliqada “Ostersund”la görüşdəki yenilgisini xatırlayın. 

Bəli, biz praktiki olaraq 1/4 finalay yüksəlmişik. Lakin sakitliyimizi qorumalıyıq. Çempionar Liqasının qalibi olmağı hər kəs istəyir. Hazırda “Mançester Siti” tarixində ikinci dəfə ÇL-də 1/4 finala yüksəlməyə yaxındır. 

Məndən tez-tez turnirin favoriti olub-olmadığımızı soruşurlar. Hələ “Barselona”nın səviyyəsinə çatmamışıq.

Katalonlar son 15 ildə Avropada dominantlıq edirlər. Biz isə cəmi 1 kubok qazanmışıq. Hər zaman “Barselona” ilə müqayisə olunmaq üçün bu cür də çıxışımızı davam etdirməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right