Prosineçkinin komandası Türkiyə millisi ilə qarşılaşacaq

Bosniya və Herseqovina millisi İspaniya və Türkiyə yığmaları ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Bosniya və Herseqovina Futbol Federasiyası yayıb. Xəbərdə türklərlə oyunun oktyabrın 11-də, ispanlarla matçın isə noyabrın 18-də keçiriləcəyi qeyd edilib. Hər iki oyunun səfərdə baş tutacağı vurğulanıb.

Xatırladaq ki, millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Balkan ölkəsi təmsilçisi martın 23-də Bolqarıstan, 4 gün sonra isə Seneqalla yoxlama oyunu keçirəcək. Prosineçki hər iki oyuna “Qarabağ”ın qapıçısı İbrahim Şehiçi də dəvət edib.

Rusiyada keçiriləcək dünya çempionatından kənarda qalan bosniyalılar may ayında Monteneqro, iyunda isə Cənubi Koreya yığmaları ilə də yoxlama görüşündə qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right