Astorinin ölüm səbəbi rəsmən açıqlandı

“Fiorentina”nın kapitanı Davide Astorinin ölüm səbəbi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, martın 3-dən 4-nə keçən gecə Udinedəki otellərdən birində dünyasını dəyişən futbolçunun ölüm səbəbinin araşdırılması məqsədilə tibbi ekspertiza təyin edilmişdi. Artıq xüsusi mütəxissislərin cəlb edildiyi araşdırmalar yekunlaşıb və prokurorluğun icazə kağızı ilə futbolçunun nəşi ailəsinə təhvil verilib.

Tibbi ekspertizanın yekun rəyi isə belə olub ki, Astorinin ölümündə hər hansı kənar təsir olmayıb. Öncədən də ehtimal edildiyi kimi, 31 yaşlı futbolçunun yatdığı yerdə ürəyi dayanıb.

Lakin buna baxmayaraq, araşdırmalar qarşıdakı 60 gün ərzində də davam etdiriləcək.

Astorinin dəfn mərasimi martın 8-də Florensiyada həyata keçiriləcək. Ailəsinin tələbi ilə dəfn mərasimində hansısa foto və ya digər görüntünün qeydə alınmasına icazə verilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right