Millimizin məşqçisi oyununu izləməyə getdi, Ufuk meydana çıxmadı

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 26-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Elazığspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Ufuk bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Samsunspor” hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

Sonda onu da qeyd edək ki, sözügedən qarşılaşmanın izləyənlər arasında Azərbaycan yığmasının məşqçisi Elçin Rəhmanov da olub. O, Ufukun oyununu izləyib, millimizin baş məşqçisi Qurban Qurbanova məlumat verməliydi. Lakin göründüyü kimi, Samsun klubunun məşqçilər korpusu millimizin üzvünə bu görüşdə şans verməyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right