Kasilyas "Portu"nu tərk edir

İker Kasilyas mövsümün sonunda "Portu"nu tərk edəcək. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun direktoru Fransisko Markeş açıqlama verib. Klub rəsmisi ispan qapıçı ilə müqavilənin uzadılmayacağını bildirib:

"O, komandanın ən yüksək maaş alan oyunçularındandı. Müqaviləsinin müddəti başa çatana qədər onun məvacibini ödəyəcəyik. Sonra isə İkerlə əməkdaşlığı dayandırmağı düşünürük. Başqa yolumuz yoxdu. Bununla hər il bir neçə milyon avroya qənaət etmiş olacağıq".

Qeyd edək ki, 36 yaşlı Kasilyas "Portu"ya 2015-ci ildə "Real"dan keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right