Astorinin ölümü ilə bağlı cinayət işi açıldı

“Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə bağlı şok məlumat yayılıb.

Newsport.az-ın məlumatına görə, İtaliya millisinin sabiq üzvünün qətlə yetirilməsi istisna edilmir.

Belə ki, İtaliya prokurorluğu 31 yaşlı müdafiəçinin ölümü ilə bağlı araşdırmaya başlayıb. Yerli polis tibbi ekspertizanın nəticəsinin gözlənildiyini vurğulayıb. Yalnız bundan sonra Astorinin cinayətə qurban gedib-getmədiyi müəyyənləşəcək.

Qeyd edək ki, Davide Astori komandanın məskunlaşdığı oteldə dünən səhər saatlarında ölüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right