"Mançester Yuneyted" "Real"ın futbolçusuna "elçi düşdü"

"Mançester Yunayted" müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Real"ın futbolçusu Rafael Varana "elçi düşüb". İngiltərə klubunun baş məşqçisi Joze Mourinyo "kral klubu"nu çalışdırdığı dövrdən tanıdığı müdafiəçini komandasında görmək istəyir.

Xarici KİV-in yazdığına görə "Mançester Yunayted" 24 yaşlı fransız futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Varan "Real"a  2010-cu ildə Fransanın "Lans" klubundan 10 milyon avroya transfer olub. Oniun la Liqa təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right