"Barselona"da İnyesta şoku: "Çelsi"yə qarşı oynamayacaq

"Barselona"nın heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Andres İnyesta Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında komandasına yardım edə bilməyəcək.

33 yaşlı ispan futbolçunun "Atletiko" ilə oyunda (1:0) aldığı zədə onu 3 həftəliyinə sıradan çıxarıb. Bu gün keçiriləcək təkrar tibbi müayinədən sonra İnyestanın dəqiq müalicə müddəti müəyyənləşəcək.

Qeyd edək ki, "Barselona" - "Çelsi" matçı martın 14-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right