İtaliya futbolu yasda bütün oyunlar təxirə salındı

A seriyasının 27-ci turunda bugünə nəzərdə tutulan bütün 7 oyun (“Milan” –“İnter” derbi matçı da daxil) təxirə salınıb.

Newsport.az saytının məlumatına görə,  bu haqda İtaliya Futbol Federasiyası qərar verib. Buna ölkə milli komandasının oyunçusu, “Fiorentina”nın 31 yaşlı kapitanı Davide Astorinin bu gün qəfildən dünyasını dəyişməsi səbəb olub.

Federasiya Astori ailəsinə mənəvi dəstək olmaq üçün belə qərar çıxarıb.

“Fiorentina”nın rəsmi saytı bidirib ki, 31 yaşlı mərkəz müdafiəçisi bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb. Astorinin ölüm səbəbi məlum deyil. "Fiorentina" bu gün 27-ci turda səfərdə "Udineze" ilə qarşılaşmalı idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right