"Beşiktaş"da ciddi itki

“Beşiktaş”ın portuqaliyalı futbolçusu Pepe bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçunun ayaq barmaqlarında qırıq aşkarlanıb. Klubdan edilən açıqlamaya görə, 35 yaşlı müdafiəçi 3-4 həftə komandasına kömək edə bilməyəcək. Belə olduğu halda Pepe Türkiyə Superliqasının 24-cü turu çərçivəsində səfərdə “Trabzonspor”a qarşı oyunda və Çempionlar Liqasının cavab görüşündə "Bavariya"ya qarşı start heyətdə yer almayacaq.

Qeyd edək ki, “Bavariya” ilə cavab oyunu  martın 14-ü “Vodafon Arena”da baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right