Kasilyas "Portu"dan ayrılır

İspaniyalı qolkiper İker Kasilyas "Portu"nu tərk edir.

Newsport.az xəbər verir ki, bu haqda Klubun direktoru Fransisko Markeş jurnalistlərə açıqlamasında bildirib. Direktor Kasilyasın maaşının yeksək olduğunu və onun gedəcəyi təqdirdə bir neçə milyon avroya qənaət edəcəklərini deyib: “Onun maaşı çox yüksəkdir. Müqaviləsi başa çatana qədər pulu ödənəcək. Daha sonra isə onunla əməkdaşlığı dayandırmağı düşünürük. Bununla da, hər il bir neçə milyon avroya qənaət etmiş olacağımızı düşünürəm”.

Qeyd edək ki, bu mövsüm "Portu" ilə müqaviləsi başa çatan 36 yaşlı Kasilyas 2015-ci ildən klubun şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right