Araz Abdullayev qol vurdu, komandası AEK-lə bərabərə qaldı

Kipr çempionatında 27-ci turun oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, millimizin hücumçusu Araz Abdullayevin çıxış etdiyi "Anortosis" səfərdə AEK-in qonağı olub. Oyunda qalib müəyyənləşməyib - 2:2.

Matça start heyətində başlayan millimizin üzvü 33-cü dəqiqədə hesabı açıb. O, 74-cü dəqiqədə Kamara ilə əvəzlənib.

Qeyd edək ki, 27 turdan sonra 57 xal toplayan "Anortosis" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right