Ronaldo rekordlara doymur

"Real Madrid"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo rekorlara doymur.

Newsport.az xəbər verir ki, forvard bu ilin ilk iki ayında 12 qola vuraraq, rekorda imza atıb. Belə ki, ümumilikdə, bütün turnirlərdə üst-üstə 9 qarşılaşmada forma geyinən Ronaldonun orta məhsuldarlığı 1,33-dü. Bu isə 33 yaşlı futbolçunun “Real madrid”dəki karyerası ərzində ən yüksək göstəricisidir. 1 het-trik, 4 dubl və 1 görüşdə də tək qol vuran Ronaldo digər 3 matçda isə fərqlənməyib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2009-cu ildən "Real"ın şərəfini qoruyur. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right