Filipe Luis: "Qarabağ"a qalib gəlməyin yolunu tapa bilmədik"

İspaniyanın “Atletiko” klubunun futbolçusu Filipe Luis “Marca” qəzetinə verdiyi müsahibəsində Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunları xatırlayıb.
 

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi "Qarabağ"a qalib gəlməyin yolunu tapa bilmədiklərini deyib:

 
“Biz Çempionlar Liqasında "Qarabağ"la 2 oyununun nəticəsinə əsasən qrupdan çıxmağı bacarmadıq. Onlarla hər iki görüşdə qalib gəlməyin yolunu tapa bilmədik. Ancaq "Roma" və "Çelsi"yə qarşı əla oynadıq”.
 
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la hər iki matçda (0:0, 1:1) heç-heçə edib. Madrid təmsilçisi mübarizəsini Avropa Liqasında davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right